Bakı. Trend:
Şahmat üzrə “Şarjah Masters” turnirində VIII tura yekun
vurulub.
Trend İdman.biz-ə istinadən
xəbər verir ki, şahmatçılarımız turu qələbəsiz başa vurublar.
Yığmanın lideri Teymur Rəcəbovla liderlər qrupunda yer alan
Aydın Süleymanlı heç-heçə oynayıblar. Məhəmməd Muradlı ilə Eltac
Səfərli isə məğlub olublar.
Bu nəticələrdən sonra Aydın 5,5 xalla 5-ci pilləyə yüksəlib. O,
liderlərdən yarım xal geri qalıb. Məhəmməd 4,5 xalla 15-ci, Teymur
4 xalla 40-cı, Eltac isə 3,5 xalla 55-cidir.
Şarjah Masters, VIII tur
Amin Tabatabaei (İran) – Aydın Süleymanlı – 0,5:0,5
Parham Maqsudlu (İran) – Məhəmməd Muradlı – 1:0
Teymur Rəcəbov – Feliks Blohberger (Avstriya) – 0,5:0,5
Samuel Sevian (ABŞ) – Eltac Səfərli – 1:0





























