Bakı. Trend:
BƏƏ-nin paytaxtı Abu-Dabidə keçirilən cüdo üzrə dünya
çempionatında qızıl medal qazanan Hidayət Heydərov (73 kq) Vətənə
geri dönüb.
Trend İdman.biz-ə istinadən
xəbər verir ki, idmançını Heydər Əliyev Beynəlxalq Aeroportunda
idman ictimaiyyəti ilə yanaşı, ailə üzvləri qarşılayıblar.
Heydərov mundialda 11 ildən sonra Azərbaycan himnini
səsləndirib. O, bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən
yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, sonuncu dəfə bu titula 2013-cü ildə Elxan Məmmədov
yiyələnib.





























