Advertisement

Nigerdə silahlıların hücumu nəticəsində 7 əsgər öldürülüb

Bakı. Trend:

Nigerin qərbində azı 7 əsgər silahlıların hücumunun qurbanı
olub.

Trend-in
məlumatına görə, hücum Burkina-Faso ilə sərhəd yaxınlığındakı
Tillaberi bölgəsində baş verib. Hərbçilər də öz növbəsində onlarla
yaraqlını zərərsizləşdirə biliblər.

Niger Müdafiə Nazirliyinin rəhbəri Salifu Modi açıqlamasında
terror təhlükəsi ilə mübarizəni davam etdirəcəyinə söz verib.