
Bakı. Trend:
Xankəndi polisi şəhər ərazisində silahlı şəxsi saxlayıb. Tikinti
şirkətlərinin birində usta köməkçisi işləyən Xocavənd rayon sakini
Əmrah Haqverdiyev Xankəndi Şəhər Polis Şöbəsinin əməkdaşları
tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən Trend-ə bildirilib ki, şəxsi axtarış
zamanı onun üzərindən sandıqcasında 8 ədəd patron olan “Makarov”
tipli tapança və həmin tapançaya aid əlavə 16 ədəd patron aşkar
olunaraq götürülüb.
Davam etdirilən tədbirlərlə onun şəhər ərazisində ayrı-ayrı
tikililərdə əvvəlcədən gizlədərək saxladığı 1 ədəd “AK-74” markalı
avtomat silah, 6 ədəd patron darağı, 273 ədəd müxtəlif çaplı
patron, müvəqqəti yaşadığı evdən 3 ədəd süngü-bıçaq aşkar olunaraq
götürülüb.
Faktla bağlı şəhər polis şöbəsində Ə.Haqverdiyev barəsində
Cinayət Məcəlləsinin qanunsuz olaraq odlu silah, onun komplekt
hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə
etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə
maddəsi ilə cinayət işi başlanılıb.
Araşdırmalar davam etdirilir.





























