Bakı. Trend:
ABŞ Konqresinin büdcə idarəsi ölkənin dövlət borcunun 2054-cü
ilədək ümumdaxili məhsulun (ÜDM) 166 faizinə çatacağını
proqnozlaşdırır ki, bu da ölkə üçün rekord göstəricidir.
Trend xəbər
verir ki, bu barədə ABŞ Konqresinin büdcə idarəsinin dərc etdiyi
məlumatlarda deyilir.
Məlumatlara əsasən ABŞ-nin dövlət borcu 2024-cü ildəki
göstəricidən,yəni ÜDM-in 99 faizindən 2054-cü ildə ÜDM-in 166
faizinə çatacaq.
Qeyd olunub ki, ABŞ-nin dövlət borcu qeydə alınmış rekord
göstəricilərini ötəcək və artmağa davam edəcək.
Həmçinin o da qeyd olunub ki, ABŞ-də özəl investisiyalar
azalarsa və ya dövlət gəlirləri və xərcləri 30 il ərzində orta
göstəricilərdə saxlanılarsa, ölkənin dövlət borcu 2054-cü ildə
ÜDM-in 250 faizini də ötə bilər.
Yanvar ayının əvvəlində ABŞ-nin dövlət borcu 34 trilyon dolları
ötüb. Ötən il ölkənin dövlət borcu 4 trilyon dollardan çox
artıb.





























