Advertisement

COP29 iqlim dəyişmələri ilə mübarizədə ən mühüm qlobal hadisələrdən biridir – Macarıstan səfiri

Bakı. Trend:

COP29 iqlim dəyişmələri ilə mübarizədə ən mühüm qlobal
hadisələrdən biridir.

Trend xəbər
verir ki, bu barədə Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma
ADA Universitetində keçirilən “İqlim dəyişmələri ilə mübarizənin
imkanları və çağırışları. Avropa və regional perspektivlər”
mövzusunda beynəlxalq seminarda deyib.

“Noyabr ayında Azərbaycanda iqlim dəyişmələri ilə mübarizədə ən
mühüm qlobal hadisələrdən biri olan COP29 konfransı keçiriləcək”, –
deyə o bildirib.

Onun sözlərinə görə, Macarıstan və Azərbaycan arasında
münasibətlər beynəlxalq hörmət və anlayışa əsaslanan geniş çeşidli
qarşılıqlı əlaqələrlə səciyyələnir.

Səfir həmçinin Macarıstanla əlaqələrin Avropa və Azərbaycan
arasında gələcək və yaxın əməkdaşlığın əsasını təşkil etdiyini qeyd
edib.

Qed edək ki, Konfransının 29-cu sessiyası bu ilin noyabrında
Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il
dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub.
İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə
yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim
sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci
ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində
imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun
ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. Əgər tərəflərin fərqli
qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci
ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində
yerləşir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun