Bakı. Trend:
Müdafiə Nazirliyinin tabeliyindəki N saylı hərbi-hissənin sabiq
tabor komandiri Elnur Əliyev həbs edilib.
Trend-in məlumatına görə, Bakı Hərbi Məhkəməsinin hakimi Rafiq
Abbasovun sədrlik etdiyi məhkəmə heyəti belə hökm çıxarıb.
Elnur Əliyev rüşvət almaqda təqsirli bilinərək 5 il müddətinə
azadlıqdan məhrum edilib. Əliyev məhkəmə zalında həbs edilib.
Ona Cinayət Məcəlləsinin 311.2-ci (vəzifəli şəxs tərəfindən
qanunsuz hərəkətlərə görə rüşvət alma) maddəsindən əlavə, eyni
məcəllənin 179.1-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə də
ittiham verilmişdi. Məhkəmə həmin maddəni ittihamdan xaric
edib.
Qeyd edək ki, E.Əliyev cinayət məsuliyyətinə cəlb edilənə kimi
tabor komandiri işləyib. O, ibtidai və məhkəmə istintaqı dövründə
azadlıqda olub.





























