
Bakı. Trend:
PSJ yayda komandanı tərk edəcək Kilian Mbappeyə əvəzedici
axtarır.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, “Liverpul”
futbolçusu Luis Dias Paris klubunun hədəfinə düşüb.
27 yaşlı kolumbiyalı hücumçu Mbappeni əvəz etməyə əsas namizəd
sayılır. 2022-ci ilin yanvarında “Liverpul”da çıxış edən Dias öz
oyunu ilə mütəxəssislərin diqqət mərkəzinə düşüb. Onun qiyməti 75
milyon avro dəyərləndirilir.
Qeyd edək ki, Kilianın mövsümün sonunda PSJ-dən gedəcəyi
dəqiqləşib. Dias 2023/2024 mövsümündə “Liverpul”un heyətində 38
oyunda 11 qol vurub, 5 ötürmə edib.





























