
Bakı. Trend:
Gədəbəydə 1 ədəd “RQM-D” markalı əl qumbarası və 1 ədəd “DVM”
markalı partladıcı aşkarlanıb.
Trend xəbər verir ki, bu
barədə Penitensiar xidmətdən bildirilib.
Məlumata görə, Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat
aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə
keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində İmamquliyev Nurlan
Kamil oğluna məxsus 1 ədəd “RQM-D” markalı əl qumbarası və 1 ədəd
“DVM” markalı partladıcı Gədəbəy şəhəri, X.Haqverdiyev küçəsində
köhnə tunelin içərisində aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.





























