
Bakı. Trend:
Holcim Azərbaycan Dayanıqlı Su İdarəetmə Həllərinin
Önündədir12.03.2024 – İnnovativ tikinti materiallarının aparıcı
təchizatçısı olan Holcim Azərbaycan, dayanıqlı su idarəetmə
həllərinə davamlı sadiqliyini qürurla elan edir. Meliorasiya və su
idarəetmə layihələrində tikinti torpaqlarında su keçiriciliyi
problemlərinin həllinə diqqət yetirərək, Holcim Azərbaycan suya
qənaət və ətraf mühitin qorunmasını təşviq edən qabaqcıl həllərin
işlənib hazırlanmasında liderlik edir.
Su qıtlığı və suyun keyfiyyətinin pisləşməsi xüsusilə kənd
təsərrüfatı, sənaye və məişət məqsədləri üçün effektiv su
idarəçiliyindən asılı olan regionlarda aktual qlobal problemlərdir.
Su infrastrukturu layihələrində tikinti torpaqlarının su
keçiriciliyinin azaldılmasının vacibliyini dərk edərək, Holcim
Azərbaycan təbii ehtiyatları qorumaq, torpağın su keçiriciliyini və
müvafiq olaraq su itkisini azaltmaq, torpaq bəndlərini
sabitləşdirməklə kanallarda və su anbarlarında eroziyanın qarşısını
almaq məqsədi ilə xüsusi hidravlik bağlayıcılar işləyib hazırlayıb
və son nəticədə, dayanıqlı su idarəetmə həllərinə öz töhfəsini
verib.
“Bizim missiyamız kritik tələblərə cavab verən innovativ həllər
vasitəsilə cəmiyyət və ətraf mühit üçün dəyər yaratmaqdır” deyə
Holcim Azərbaycan şirkətinin baş icraçı direktoru cənab Xalid
Samaka bildirib. “Xüsusi hidravlik bağlayıcılarımız su idarəetmə
təcrübələrinin təkmilləşdirilməsində, su itkilərinin azaldılmasında
və gələcək nəsillər üçün su ehtiyatlarının qorunmasında mühüm rol
oynayır. “Holcim Azərbaycanın dayanıqlı su idarəetmə təcrübəsinə
sadiqliyi məhsul innovasiyalarından kənara çıxır və ətraf mühitin
mühafizəsinə kompleks yanaşmanı ehtiva edir”.
Şirkət dayanıqlılıq mədəniyyətinin və ekoloji maarifləndirmənin
inkişafına yönəlmiş məsuliyyətli satınalma təcrübələrinə, səmərəli
istehsal proseslərinə və ictimaiyyətin cəlb edilməsi təşəbbüslərinə
yüksək önəm verir. Dayanıqlı su idarəetmə təcrübələrinin təşviqi
istiqamətində göstərdiyi davamlı səylərinin bir hissəsi olaraq
Holcim Azərbaycan qarşıdan gələn Bakı Su Həftəsi Sərgisində özünün
ən son yeniliklərini və həllərini nümayiş etdirəcək. İştirakçılar
şirkətin suyun səmərəli istifadəsi və ətraf mühitin mühafizəsinə
verdiyi töhfələr haqqında daha ətraflı öyrənmək üçün Holcim-in
stendini ziyarət etməyə dəvət olunurlar



























