Advertisement

Bu prospektdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakı. Trend:

Sabah saat 08:00-dan mayın 29-u saat 22:00-a qədər Bakının 8
Noyabr prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsindən Xəqani
Rüstəmov küçəsinə qədər olan hissəsində aparılacaq əsaslı təmir
işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti
məhdudlaşdırılacaq.

Trend bu barədə Azərbaycan
Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, alternativ olaraq sürücülər təmir müddətində
sözügedən əraziyə paralel olan dənizkənarı avtomobil yolundan
istifadə edə bilərlər.

“Sürücülərdən qeyd olunan müddət ərzində sözügedən hissədə
hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına
riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının
tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş
olunur”, – deyə məlumatda qeyd olunub.