Advertisement

Erməni kilsəsi ən böyük təsir agentidir – Paşinyan

Bakı. Trend:

Ermənistanın baş naziri Nikol Paşinyan Erməni kilsəsinin tarixən
ən böyük təsir agenti olduğunu deyib.

Trend erməni
KİV-ə istinadən xəbər verir ki, o, bu barədə Ermənistan
parlamentində çıxışında bildirib.

“Erməni ruhaniləri tarixən Qeysəriyyəyə gedib xeyir-dua alır,
geri qayıdanda isə təsir agentlərinə çevrilirdilər. Görünür, o
zamandan bəri heç nə dəyişməyib. Lakin biz bu məsələni 2-3 aya həll
edəcəyik”, – Paşinyan qeyd edib.

Qeyd edək ki, Ermənistanda bir müddətdir Azərbaycanla
sərhədlərin delimitasiyası prosesinə etiraz edən müxalifətçilər
etirazlar keçirirlər. Onlar Ermənistanla Azərbaycan arasında sərhəd
dirəklərinin quraşdırılmasına, Tovuzun işğal altında olan bir neçə
kəndinin Azərbaycana qaytarılmasına, ümumilikdə sülh prosesinə mane
olmağa çalışırlar.

Erməni Apostol Kilsəsinin Tavuş Yeparxiyasının rəhbəri,
arxiyepiskop Baqrat Qalstanyan delimitasiya prosesinə etiraz edən
aksiyalara başçılıq edir.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun