
Bakı. Trend:
Xəzər rayonunda gözətçi işlədiyi evdən tanışı ilə birlikdə
125.000 mantlıq inşaat materialları oğurlayıb.
Trend DİN-ə istinadən xəbər
verir ki, Xəzər Rayon Polis İdarəsinin əməkdaşları narkotik
vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması
istiqamətində əməliyyat keçirib.
Tədbir nəticəsində 1986-cı il təvəllüdlü Romal Fətullayev
saxlanılıb. Ondan 2 kiloqram güclü təsiredici narkotik vasitə olan
heroin aşkarlanıb. R.Fətullayev şəxsiyyəti istintaqla araşdırılan
və sosial şəbəkələrdə tanış olduğu bir nəfər tərəfindən
narkokuryerliyə cəlb olunduğunu bildirib. O, heroini maddi qazanc
müqabilində deyiləcək ünvanlara yerləşdirməli imiş. Xəzər RPİ 1-ci
Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı
isə vətəndaşlardan birinə məxsus yeni tikilməkdə olan evdən 125.000
manat dəyərində inşaat materialları oğurlayan 1993-cü il təvəllüdlü
Taleh Mirzəyev və 1994-cü il təvəllüdlü İvan Kisliyakov saxlanılıb.
Araşdırmalarla İ.Kisliyakovun həmin mənzildə gözətçi işlədiyi və
oğurladığı inşaat materiallarının bir hissəsini tanışı T.Mirzəyevin
vasitəsi ilə satdığı müəyyən edilib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.





























