Advertisement

Avropa çempionatı: Qurban qızıl, Nihad gümüş, Ruslan bürünc qazanıb

Bakı. Trend:

Bu gün Bakıda keçirilən güləş üzrə U-23 Avropa çempionatında
yunan-Roma növü üzrə mübarizəyə yekun vurulacaq.

Trend İdman.biz
istinadən xəbər verir ki, yarışın üçüncü günündə daha 5 çəkidə
mükafatçılar bəlli olacaq.

Azərbaycan millisinin dörd “klassiki” də medal uğrunda
güləşəcək. Onlardan ikisi qızıl, ikisi bürünc medal şansını
qoruyur.

Yunan-Roma güləşi
6️0 kq

Nihad Quluzadə finalda türkiyəli Mert İlbarsı sınağa çəkib. Görüş
rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Nihad Avropa
çempionatını gümüş medalla başa vurub.

72 kq
Ruslan Nurullayev bürünc uğrunda görüşüb. O, Petar Qornyaşkiyə
(Bolqarıstan) 7:4 hesabı ilə qalib gələrək, fəxri kürsünün 3-cü
pilləsində yer alıb.

8️2 kq
Qurban Qurbanov finalda İslam Alıyevlə (AİN) güləşib. Güləşçimiz
8:2 hesabı ilə inamlı qələbə qaznaraq, Avropa çempionu tituluna
yiyələnib.

9️7 kq
Murad Əhmədiyevin təsəlliverici görüşdə estoniyalı Riçard Karelsona
sonuncu xal prinsipinə əsasən (1:1) qalib gələrək bürünc medal
uğrunda qarşılaşmaya vəsiqə qazanıb. O, 3-cü yer uğrunda Aapo
Viitala (Finlandiya) ilə qüvvəsini sınayacaq.

Qeyd edək ki, yığmamız yunan-Roma növündə bir gün öncə 2 qızıl
və 2 bürünc medal qazanıb.

İdman.biz