Bakı. Trend:
Bakı şəhərinin Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının
birinci mərtəbəsində yerləşən, ümumi sahəsi 120 m² olan obyektin
(emalatxana kimi fəaliyyət göstərir) içərisində 1 ədəd çap aparatı
və 1 ədəd elektrik tənzimləyicisi yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, obyekt yanğından
mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

























