
Bakı. Trend:
Bu gün Macarıstanın paytaxtı Budapeştdə bədii gimnastika üzrə
Avropa çempionatı start götürüb.
Trend xəbər verir ki, yarışın ilk günündə gənclər mübarizəyə
qoşulublar.
Gənclərin fərdi mübarizəsinə Gövhər İbrahimova, Şəms
Ağahüseynova, İlahə Bahadirova və Fidan Qurbanlı uğulu çıxış
edərək, final mərhələsinə yüksəliblər. İlahə (29,850) topla
çıxışında təsnifat mərhələsini 3-cü pillədə başa vurub. Şəms
(29,000) lentlə 4-cü, Gövhər (30,050) halqa ilə 6-cı olub. Fidan
(28,500) gürzə çıxışını 7-ci pillədə başa vuraraq, final
mərhələsinə vəsiqə qazanıb.
Yekunda Azərbaycan yığması 117,400 xal toplayaraq, Avropa
çempionatının bürünc medalını qazanıb. Rumıniya (125,100) qızıl,
İsrail (123,750) gümüşə yiyələnib.
Qeyd edək ki, Avropa çempionatı mayın 26-da başa çatacaq.





























