
Bakı. Trend:
Münaqişənin başa çatmasına baxmayaraq, Ermənistan Azərbaycan
ərazisinə yerləşdirdiyi minaların yerləri haqqında tam və dəqiq
məlumatı paylaşmaqdan imtina edir.
Trend xəbər verir ki, bunu Azərbaycanın BMT yanında daimi
nümayəndəsi Yaşar Əliyev Təhlükəsizlik Şurasının açıq iclasında
çıxışı zamanı deyib.
“Ermənistanla müharibənin fəsadları dinc əhaliyə təsir etməkdə
davam edir. Münaqişə həm də Azərbaycanı dünyanın ən çox minalanmış
çirklənmiş ölkələrindən birinə çevirdi, təxminən 1,5 milyon mina və
naməlum sayda partlamış sursatlar bölgədə mülki əhali üçün ciddi
risklər yaradır”, – deyə Yaşar Əliyev bildirib.
Onun sözlərinə görə, son 30 ildə Azərbaycanda mina qurbanlarının
sayı 3439 nəfərə çatıb.
Diplomat qeyd edib ki, münaqişədən sonrakı dövürdə mina
qurbanlarının sayını 360-a çatıb, onlardan 68-i həyatını itirib,
292-si isə ağır yaralanıb.





























