Bakı. Trend:
“Barselona” Londonda Hans Fliklə danışıqlar aparacaq.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, almaniyalı mütəxəssis növbəti mövsümdə
Kataloniya klubuna başçılıq edə bilər.
İspaniya mətbuatında klubun idman direktoru Deku və futbol
kordinatoru Boyan Krkiçin İngiltərə paytaxtında Flik və onun
meneceri Pini Zahavi ilə görüşəcəyi bildirilib. Xavi ilə yolları
ayırmağı düşünən “Barselona” danışıqlar uğurlu başa çatarsa
almaniyalı məşqçi ilə müqavilə bağlayacaq.
Qeyd edək ki, Xavi 2021-ci ildən komandaya rəhbərlik edir. O,
ötən mövsümdə “Barsa”ya çempion titulunu qazandırıb.





























