Advertisement

Gəncədə iki maşın toqquşdu – Yaralılar var

Bakı. Trend:

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Trend xəbər verir ki, hadisə şəhərin Totanlı küçəsində qeydə
alınıb.

Hərəkətdə olan “VAZ” və “Mercedes” markalı avtomobillər
toqquşub. Qəza zamanı 2 nəfər xəsarət alaraq, xəstəxanaya
yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.