Advertisement

Artıq Şəhidlər Xiyabanında əmimizi ziyarət edəcəyimiz bir yerimiz var – Şəhidin qardaşı oğlu

Sumqayıt. Trend:

Hekayəsi ilə böyüdüyümüz əmimizi biz bu gün torpağa
tapşırdıq.

Trend xəbər verir ki, bunu şəhid əmisinin adını daşıyan Cavid
Ələkbərov Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi
dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab
olunan Cavid Ələkbərovun dəfni zamanı deyib.

O bildirib ki, , Allah bütün şəhid, itkin əzizini gözləyən
anaları arzularına qovuşdursun:

“Allah ordumuzu qorusun. Mən əmimin adını daşıyıram və Vətən
müharibəsi iştirakçısıyam. Ali zirvə bizə qismət olmadı, amma biz
şəhidlərin açdığı cığırla gedirik. Allah bütün şəhidlərimizə rəhmət
eləsin. Mənim əmim Murovdağ istiqamətində döyüşüb. Bu gün ürəyimiz
rahatdı, artıq Şəhidlər Xiyabanında əmimizi ziyarət edəcəyimiz bir
yerimiz var”

Qeyd edək ki, şəhid Ələkbərov Cavid Fazil oğlu 1975-ci il
aprelin 25-da Zəngəzur mahalı Qubadlı rayonunun Novlu kəndində
anadan olub.1993-cü ildə Milll Ordu sıralarında həqiqi hərbi
xidmətə çağrılıb.

Şəhid Cavid Ələkbərov Kəlbəcərdə, Murovdağ və ətraf yüksəkliklər
uğrunda gedən şiddətli döyüşlərdə iştirak edib. Məlumatlara görə
şəhidimizin son döyüşü 1994-cü il fevralın 16-da Murovdağ
yüksəkliyi istiqamətində olub.