Advertisement

TikTok #TikTokdanÖyrən layihəsinin nəticələrini yekunlaşdırdı: istifadəçilər 20 min maarifləndirici video yaradıblar

Bakı. Trend:

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə
TikTok video platformasının təşəbbüsü ilə keçirilən
#TikTokdanÖyrən
kampaniyasının nəticələrinə yekun vurub və
qalibləri müəyyən edib. Layihənin cəmi iki ayında istifadəçilər 20
mindən çox maarifləndirici video yaradıblar.

Layihədə ölkənin hər yerindən, o cümlədən 22 mədəniyyət
qurumundan, o cümlədən 14 teatr və 6 muzeydən, Azərbaycan Milli
Kitabxanasından və “İçərişəhər” tarix-memarlıq qoruğundan
istifadəçilər iştirak edib və maarifləndirici məzmun
paylaşıblar.

Bu ilin əvvəlində TikTok Azərbaycanda təhsil məzmununun
inkişafını dəstəkləmək və ölkənin müxtəlif yerlərindən olan
istifadəçilərə rahat qısa video formatında bilikləri paylaşmaq və
üfüqlərini genişləndirmək imkanı vermək üçün Azərbaycanda
#TikTokdanÖyrən
təşəbbüsünü başlatdı.

Müsabiqədə #TikTokdanÖyrən həştəqindən istifadə edərək ən azı 30
saniyəlik maarifləndirici videolar yaradan bütün TikTok
istifadəçiləri avtomatik olaraq iştirak ediblər. Layihənin
nəticələrinə əsasən, ən yaxşı videoçarxların müəllifləri üç
kateqoriya üzrə müəyyən edilib:

  • Musiqi müəllimi @vusalsuleymanov_ tələbəsinə Lüdviq Bethovenin
    “Xəz Elizası” əsərinin
    yaranma tarixindən
    kreativ və ətraflı danışdığı video ilə
    “Ən kreativ video” nominasiyasında qalib
    oldu.
  • “TikTok-da kəşf” kateqoriyasının qalib
    müəllifi @abbasov__eziz olub –
    onun avtomobil təmiri ilə bağlı videoları müsabiqənin bütün müddəti
    ərzində ümumilikdə ən yüksək baxış sayı toplayıb.

Hər kateqoriya üzrə qaliblər TikTok-dan iPhone smartfonları
hədiyyə qazanacaqlar.

Layihənin əsas tərəfdaşı Azərbaycan Respublikasının Mədəniyyət
Nazirliyi olmuşdur. Bu tərəfdaşlığın bir hissəsi olaraq, hər biri
TikTok-da hesablar yaradan iyirmi bir mədəniyyət müəssisəsi
layihəyə qoşuldu. Məsələn, Xalça Muzeyi @nationalcarpetmuseum öz
hesabında
xalçaçılığın tarixindən
, xalçaların
əcdadlarımız tərəfindən necə yaradılmasından
, eləcə də keçmişdə
əvəzolunmaz olan məişət elementlərindən bəhs edir. Azərbaycan
Tarixi Muzeyinin @nmuseumhistoryazerbaijan hesabında siz onun
arxeoloji kolleksiyasının
eksponatlarına
baxa və
Zeynalabdin Tağıyev Sarayı
haqqında məlumat əldə edə
bilərsiniz. Milli İncəsənət Muzeyi isə @natalartmuseum.az öz
hesabına öz sərgilərinə
virtual turlar
təşkil edir.

Azərbaycan teatrlarından olan videoçarxlar da məşhur idi:
ümumilikdə onlara 650 min dəfədən çox baxılıb. Dövlət Akademik Rus
Dram Teatrı @rusdrama.az öz hesabında tamaşaların
necə yaradıldığını
, Dövlət Akademik Musiqili Teatrının
aktyorları @akademik.musiqili
iş günlərinin necə keçdiyini istifadəçilər paylaşıb, Akademik Opera
və Balet Teatrının hesabında opera əsərlərindən
parçalara baxıb dinləmək
imkanı yaradılıb.

Layihə Azərbaycan Milli Kitabxanası @milli.kitabxana tərəfindən
də dəstəklənib, onun
kitab kolleksiyaları
, eləcə də “İçərişəhər” Dövlət
Tarix-Memarlıq Qoruğu nümayiş etdirilib: onun rəsmi hesabında
istifadəçilər məscidlər,
keramika
sənətinin tarixi
və Bakının İçərişəhərinin bir çox başqa
komponentləri ilə tanış ola bilərlər.

Layihə jəştəqindən istifadə edərək istifadəçilər müxtəlif
mövzularda faydalı və maarifləndirici videolar paylaşdılar:

evin necə təmir ediləcəyinə
dair məişət “lifehack”lərindən
tutmuş, əl
işi məhsulları və
üslub
tövsiyələri
haqqında maarifləndirici videolar, kino
ədəbiyyat
haqqında rəylər,
humanitar elmlər,

biologiya
üzrə maraqlı faktlar – və bir çox başqa mövzular.

Ən çox müzakirə olunan mövzulardan biri yemək bişirmək idi:
layihədə məşhur aşpaz Fatimə Osmanova @dadlidir.az
iştirak edib
və istifadəçilər evdə
hazırlanmış şirniyyatlar
, plov,
ənənəvi
Azərbaycan
yeməkləri və
xarici mətbəxin
reseptlərini paylaşıblar.

Yaradıcılar dil öyrənməklə bağlı videolar da hazırlayıblar:
məsələn, Aida Hacıyeva @ana_dilimde_danis_ Azərbaycan dili haqqında

maraqlı faktlar
danışıb, ingilis dili müəllimi Safura Quliyeva
@safoureng isə TikTok istifadəçilərinə vacib frazeoloji
birləşmələri öyrədib.

İdman məzmunu ayrı bir kateqoriya təşkil etdi. Layihə Azərbaycan
Cüdo Federasiyası tərəfindən dəstəklənib və @judoaz hesabında
müxtəlif texnikalar
nümayiş etdirilib, həmçinin cüdo
yarışlarından
danışılıb. Futbolçu Nugzar Kvirtiya
@nugzarkvirtiya bilmək vacib olan futbol
fəndlərini
paylaşdı və milli rəqs məktəbinin müəllimləri TikTok
istifadəçilərinə
ləzgi rəqsi
etməyi öyrətdi.

Rəşad Əzizov, Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyinin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin
müdiri:

“#TikTokdanÖyrən layihəsinin nəticələri həqiqətən
ümidvericidir. Ümid edirik ki, bu addımı yeniləri də izləyəcək və
bu platformada mədəni məzmunun həcminin artması ilə birlikdə
ölkəmizdə TikTok istifadəçiləri arasında mədəniyyətə dəyər verənlər
artacaq.”

Sergey Sokolov, Şərqi Avropa və Mərkəzi Asiyada
Hökumətlə Əlaqələr və Korporativ Əlaqələr üzrə
Direktor:


“#TikTokdanÖyrən
Azərbaycanda ilk genişmiqyaslı
kampaniyamız olub, ölkədə təhsil məzmununun fəal şəkildə
yaradılmasını və yayılmasını stimullaşdırmaq üçün nəzərdə tutulub.
Azərbaycanın hər yerindən mədəniyyət müəssisələri, idmançılar,
müəllimlər, kulinariya mütəxəssisləri və müxtəlif sahələrdən olan
digər bilik sahibləri öz fikirlərini bölüşüblər. İki ay ərzində
müxtəlif mövzularda məlumat və “lifehack”lərin Azərbaycanda
istifadəçilərin böyük marağına səbəb olduğunu görürük – onlar
həştəqlə 20 000-dən çox video yaradıblar – və TikTok-da təhsil
məzmununun inkişafı üçün yüksək potensial var və biz cəmiyyətimiz
yeni təşəbbüslərlə çıxış etməyə davam edəcəyik.”

TikTok haqqında

TikTok aparıcı qısa video tətbiqidie. Bizim missiyamız insanları
yaradıcı olmağa ruhlandırmaq və onlara sevinc bəxş etməkdir.