Advertisement

Türkiyə Qara dəniz şelfində yeni quyu qazmağa başlayıb

Bakı. Trend:

Türkiyə Qara dəniz şelfində yeni kəşfiyyat quyusu qazmağa
başlayıb.

Trend xəbər
verir ki, bu barədə ölkənin enerji və təbii sərvətlər naziri
Alparslan Bayraktar “X” platformasında məlumat paylaşıb.

“Qara dənizdə yeni kəşflərə yelkən açırıq. “Fatih” qazma gəmimiz
Sakarya qaz sahəsində “Göktepe-2″ adını verdiyimiz quyuda qazma
işlərinə başlayıb”, – paylaşımda qeyd edilib.

Türkiyəli nazir həmçinin, hasilatı artırmaqla yanaşı, yeni
yataqlarda kəşfiyyatı davam etdirəcəklərini əlavə edib.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun