Advertisement

“Bluebugging” nədir? – Trend.Az

Bakı. Trend:

“Bluebugging” kiberdələduzların “Bluetooth” texnologiyasındakı
boşluqlardan yararlanaraq etdiyi hücumlardandır. Belə ki, bu hücum
növü vasitəsilə kiberdələduzlar cihazınıza daxil olub fərdi
məlumatlarınızı ələ keçirə bilərlər.


Trend
xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti
məlumat yayıb.

“Bluebugging” hücumundan necə qoruna
bilərik?

1) Cihazınıza ən son təhlükəsizlik yeniləmələrini tətbiq
edin.

2) “Bluetooth”dan istifadə edərkən yalnız tanıdığınız cihazlara
qoşulma icazəsini verin.

3) İctimai yerlərdə “Bluetooth”dan istifadə etmədiyiniz zaman
deaktiv edin.

4) Cihazınızda zərərli proqramın olmasından şübhələnirsinizsə,
antivirusdan istifadə edin.

5) Naməlum və şübhəli mənbələrdən gələn mesajları və faylları
açmayın.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun