Advertisement

“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “PASHA Hackathon” keçiriləcək (FOTO)

Bakı. Trend:

28, 29, 30 iyun 2024-cü il tarixlərində, “The Ritz-Carlton Baku”
otelində “PAŞA Holding”in təşkilatçılığı ilə “PASHA Hackathon 4.0”
keçiriləcək. Hakatonun bu dəfəki mövzusu “PashaPay” tərəfindən
həyata keçirilə biləcək yeni ideyaları təşviq etməkdir.

Belə ki, yarışçılar 3 gün ərzində PashaPay tərəfindən təqdim
olunan “challenge” üzərində düşünərək, şirkət üçün yeni ideyalar
təqdim etməli olacaqlar. Keçən il olduğu kimi, bu dəfə də hakatonun
sonunda ilk üç yeri tutan komandaya müvafiq olaraq mükafatlar
veriləcək: 1-ci yer 6000 AZN; 2-ci yer 4000 AZN; 3-cü yer 2000
AZN.

Qeyd edək ki, “PASHA Hackathon” innovativ məhsullar yaratmaq
üçün keçirilən 48 saatlıq texnologiya yarışmasıdır. “PASHA
Hackathon” tələbələri, biznes və marketinq mütəxəssislərini,
dizaynerləri və tərtibatçıları 10 may-10 iyun tarixləri arasında
www.pashahackathon.az saytında qeydiyyatdan keçməyə və iştirakçı
olmağa dəvət edir. “Hackathon”da iştirak etmək üçün giriş haqqı
ödənilmir. Məkan, o cümlədən yemək, içki və digər xidmətlər ilə
əlaqədar bütün xərclər qarşılanıb.

Xatırladaq ki, PAŞA Holding tərəfindən “PASHA Hackathon” artıq
4-cü ildir ki təşkil olunur. “Hackathon”un təşkil edilməsində
məqsəd gənclər arasında innovativ düşüncə tərzini, həll yönümlülüyü
təşviq etmək, eləcə də ölkədə innovativ mədəniyyətin inkişafını
dəstəkləməkdir.