Bakı. Trend:
Türkiyə Mərkəzi Bankı (TCMB) uçot faiz dərəcəsini gözləndiyi
kimi 50 faiz səviyyəsində sabit saxlayıb.
Trend xəbər
verir ki, bu barədə TCMB məlumat yayıb.
Qeyd olunub ki, aprel ayında aylıq inflyasiyanın əsas
tendensiyasında məhdud zəifləmə müşahidə olunub.
Qeyd edək ki, Türkiyə Mərkəzi Bankı bundan əvvəl uçot dərəcəsini
5 faiz bəndi artıraraq 45%-dən 50%-ə çatdırıb.





























