
Bakı. Trend:
Mayın 23-də elm və təhsil naziri Emin Əmrullayev Türkiyə
Respublikası Milli Məclisinin Milli Təhsil, Mədəniyyət, Gənclik və
İdman Komissiyasının sədri Mahmut Özerlə görüşüb.
Trend-in
məlumatına görə, bu barədə Elm və Təhsil Nazirliyindən
bildiriblər.
Məlumata əsasən, görüş zamanı iki ölkə arasında elm və təhsil
sahəsində əməkdaşlığın cari vəziyyəti, həmçinin inkişaf
perspektivləri müzakirə olunub.





























