Bakı. Trend:
İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları iki pilotsuz uçuş
aparatının buraxılmasına cavab olaraq Livanın “Hizbullah”
hərəkatının bir sıra hərbi obyektlərinə zərbələr endirib.
Trend-in
məlumatına görə, bu barədə İsrail ordusunun (ÇAXAL) mətbuat xidməti
bildirib.
“İki PUA-nın Livan ərazisindən gəldiyi müəyyən edilib. Qırıcılar
PUA-lardan birini müvəffəqiyyətlə vurublar, ikincisi [İsrailin
şimalında] Kiryat Şmona bölgəsinə düşdü. Ölənlər barədə məlumat
verilməyib”, – deyə bildirilib.
Qeyd edilib ki, bir müddət əvvəl İsrail ordusunun qırıcıları
Livanın cənubundakı bir sıra “Hizbullah” hədəflərinə, o cümlədən
Ayta əl-Şab və Rab əl-Talatin bölgələrindəki hərbi obyektlərə
zərbələrə endirib. Bildirilib ki, zərbələr, həmçinin Odays
bölgəsində yerləşən “Hizbullah”ın hərbi struktur və iki müşahidə
məntəqəsinə endirilib.





























