Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə
Tovuz rayonu ərazisində Şəmkir su anbarında 1 nəfərin batması
barədə məlumat daxil olub.
Nazirlikdən Trend-ə verilən məlumata görə, məlumatla əlaqədar
FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət
Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Hazırda axtarış işləri həyata keçirilir.

























