
Bakı. Trend:
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “İnstagram”
səhifəsində cüdoçu Zelim Kotsoyev dünya çempionu titulu uğrunda
yarışlarda qələbə qazanması münasibətilə təbrik edib.
Trend xəbər verir ki, paylaşımda deyilir:
“İdmançımız Zelim Kotsoyev Birləşmiş Ərəb Əmirliklərinin
paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında Azərbaycana
növbəti – 2-ci qızıl medalı qazandırdı! Dünya çempionunu
səmimi-qəlbdən təbrik edir, ona güc, enerji, yeni-yeni nailiyyətlər
və qələbələr arzulayıram!”.





























