Bakı. Trend:
“Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti Londonun
“ICE” birjasında 2024-cü il fevralın 15-dən bəri ilk dəfə olaraq
bir barel üçün 81 dollardan aşağı düşüb.
Trend-in məlumatına görə, bu barədə ticarət platformasından
məlumat verilib.
Məlumata əsasən, “Brent” markalı neftin qiyməti 0,96% azalaraq
80,95 dollar/barel təşkil edib.
Eyni zamanda, “WTI” markalı xam neftin iyul çatdırılması üzrə
fyuçersləri 0,7 faiz ucuzlaşaraq bir barel üçün 76,6 dollar
olub.





























