Advertisement

Fələstinə yeni Baş nazir təyin olunub

Bakı. Trend:

Fələstin Prezidenti Mahmud Abbas ölkənin yeni Baş naziri
vəzifəsinə Məhəmməd Mustafanı təyin edib.

Trend-in
məlumatına görə, təyinata qədər Məhəmməd Mustafa Fələstin
İnvestisiya Fondunun direktoru olub. Mahmud Abbas ona ölkənin 19-cu
hökumətini formalaşdırmağı tapşırıb.

Qeyd edək ki, Fələstin Prezidenti fevralın 26-da Məhəmməd
Ştayyenin başçılıq etdiyi hökumətin istefasını qəbul edib.