Advertisement

1 avtomat, 5 qumbara və 5 tüfəng təhvil götürüldü – RƏSMİ

Bakı. Trend:

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü
təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam
etdirir.

Bu barədə Trend-ə Daxili
İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 23-də polis əməkdaşları paytaxt və
respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 5 qumbara, 5
tüfəng, 96 patron darağı və 38 müxtəlif çaplı patron təhvil
götürüblər.