Advertisement

Ölkədə son bir ildə nə qədər zəhərlənmə olub? – RƏSMİ

Bakı. Trend:

Son bir ildə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə
zəhərlənmə səbəbilə 5 min 548 nəfər qəbul edilib.

Trend xəbər verir ki, bu
barədə Kliniki Tibbi Mərkəzi (KTM) məlumat yayıb.

Bildirlib ki, bu da ötən dövrlə müqayisədə kifayət qədər yüksək
rəqəm hesab edilir.

Məlumatda onlardan 500-nün uşaq, 2 min 20-sinin kişi, 3 min
28-nin qadın olduğu vurğulanıb.

“Pasiyentlərə zəruri tibbi yardım göstərilib, düzgün və vaxtında
aparılan müayinə və müalicə proseslərindən sağalalıblar. Bunlar
arasında dərmandan, sirkə turşusundan, dəm qazından zəhərlənmələri
halları üstünlük təşkil edib”, – deyə qeyd edilib.