Advertisement

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna Baş direktorun müavinləri təyin olunublar

Bakı. Trend:

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya
İnstitutuna Baş direktorun müavinləri təyin olunublar

Trend xəbər verir ki, Səhiyyə naziri Teymur Musayevin müvafiq
əmrinə əsasən Nizami Yadulla oğlu Məmmədov Elmi-Tədqiqat
Travmatologiya və Ortopediya İnstitutunun (ETTOİ) Baş direktorunun
müavini – baş həkim vəzifəsinə təyin edilib.

Səhiyyə nazirinin digər əmri ilə Qurban Rauf oğlu Babayev
ETTOİ-nin Baş direktorunun elmi işlər üzrə müavini vəzifəsinə təyin
edilib.