Advertisement

Hərbi qulluqçulara əmək pensiyası təyinatı qaydası dəyişir

Bakı. Trend:

Hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil,
hərbi xidmətdən buraxıldığı gündən təyin olunması təklif
olunur.

Trend xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün
keçirilən iclasında müzakirə edilən “Əmək pensiyaları haqqında”
Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Qanununun layihəsində qeyd olunub.

Əlavə olaraq 13.05.2022-ci il tarixli 530-VIQD nömrəli “Əmək
pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə AR Qanunu
ilə hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay
xidmət etmiş şəxslərin, məhkəmənin qanunu qüvvəyə minmiş qərarı ilə
hərbi xidmətə bərpa edilmiş şəxslərin, hərbi xidmət vəzifələrini
yerinə yetirərkən həlak olmuş şəxslərin və ali zabit heyətinə aid
şəxslərin əmək pensiyasının yenidən hərbi xidmətə qəbul edilməsi
ilə əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən
hesablanması mümkün olunub. Bu redaksiyanın Qanunda mətn üzrə
aidiyyəti maddələrdə göstərilməməsi bu şəxslərin əmək pensiyasının
yenidən hesablanmasında çətinlik yaradır. Odur ki, bu şəxslərin
əmək pensiyasının yenidən hesablanmasnın dəqiqləşdirilməsi üçün
dəyişiklil təklif olunur.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci
oxunuşda qəbul edilib.