Advertisement

Birinci Qarabağ müharibəsinin şəhidi Vurğun Seyidov Ağsuda dəfn olunub

Bakı. Trend:

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Seyidov
Vurğun Əlamət oğlunun meyitinin qalıqları Ağsu rayonuna gətirilib.
O, Gəncə şəhərində Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn
olunmuşdu.

Trend xəbər verir ki, şəhidin
nəşi rayonun Kalva kəndində ailəsinə təhvil verilib və vida
mərasimi keçirilib.

Vida mərasimində kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər,
eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının
əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi kənd
qəbiristanlığında torpağa tapşırılıb, dualar oxunub.

Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Azərbaycan
Respublikasının Dövlət Himni ifa olunub və yaylım atəşi açılıb.

Qeyd edək ki,Vurğun Seyidov 1993-cü il fevral ayında Murovdağ
istqamətində gedən döyüşlərdə itkin düşmüş sayılırdı.