
Bakı. Trend:
İlk hissədə “Bayer” çox təziq etdi.
Trend İdman.biz-ə
xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Abdullah Zubir
deyib.
O, Avropa Liqasında “Bayer”lə oyuna münasibət bildirib. Zubirin
sözlərinə görə, əsas məqsəd Leverkuzendə buraxdıqları səhvlərdən
nəticə çıxarmaqdır: “Müdafiədən oyuna başladıq və hücumu qolla
bitirdim. “Bayer” çox böyük komandadır. Buradan çıxara biləcəyimiz
ən yaxşı nəticə səhvlərimizi öyrənmək və gələcəkdə bunu
təkrarlamamaqdır”.
Fransalı yarımmüdafiəçi “CBC Sport”a Azərbaycan çempionundakı
gələcək karyerasından da danışıb: “Qarabağ”la müqaviləm var.
Növbəti mövsümdə də əlimdən gələnin ən yaxşısını edəcəm ki, Avropa
Liqasında uğurlu nəticə əldə edək. Əsas məqsədimiz isə Çempionlar
Liqasında yaxşı nəticə qazanmaqdır”.
Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının 1/8 finalında 2 oyunun
nəticəsinə görə 4:5 hesabı ilə məğlub olaraq yarışla vidalaşıb.





























