Advertisement

“Bayer”dən paylaşım: Bunu bir daha etməyək (FOTO)

Bakı. Trend:

“Qarabağ”ın Avropa Liqasının 1/8 finalındakı rəqibi “Bayer”
cavab matçı ilə bağlı paylaşım edib.

Trend İdman.biz-ə
istinadən xəbər verir ki, Leverkuzen təmsilçisi bu mövsüm
Azərbaycan çempionu ilə oyunları xüsusi vurğulayıb.

Paylaşımda Azərbaycan çempionuna böyük hörmət bəslənildiyi qeyd
olunub: “Komandanıza böyük hörmət düşür. Bizə qarşı 4 əla matç
keçirdiniz, amma zəhmət olmasa, bunu bir daha etməyək”.

Qeyd edək ki, “Qarabağ”la “Bayer” arasında Bakıdakı oyun 2:2,
səfərdəki qarşılaşma isə 2:3 hesabı ilə yekunlaşıb.