Advertisement

Azərbaycanla NATO arasında görüş keçirilib

Bakı. Trend:

Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Şöbəsinin
nümayəndələri JFCBS, SHAPE və NATO-nun Beynəlxalq Hərbi
Qərargahından olan həmkarları ilə görüşüblər.

Trend-in
məlumatına görə, bu barədə JFCBS-in “X” sosial şəbəkəsindəki rəsmi
səhifəsində məlumat verilib.

Bildirilib ki, görüşdə ötən illərin hərbi əməkdaşlığının
praktiki aspektlərini qiymətləndirmək və gələcək üçün planlar
hazırlamaq üçün müzakirələr aparılıb.

Bu kimi tərəfdaşlıqlar NATO-nun işi üçün vacibdir və iki
tərəfdaş arasında dialoq və hərbi əməkdaşlıq davam edəcək.