
Bakı. Trend:
Litva silahlı qüvvələri üçün ABŞ-dan aldığı 35 “JLTV” (Joint
Light Tactical Vehicle) çoxməqsədli zirehli maşın partiyası
alıb.
Trend-in
məlumatına görə, bu barədə ölkənin Müdafiə Nazirliyi bildirib.
“Bu mobil zirehli texnikaların alınması ordumuzun
modernləşdirilməsinin mühüm istiqamətlərindən biridir. Belə
güclənmə potensial düşmənin qarşısının alınması səviyyəsini
əhəmiyyətli dərəcədə artırır”, – deyə müdafiə naziri Arvidas
Anuşauskas bildirib.





























