Bakı. Trend:
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad
olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə iyun
ayı üçün biletlər 27 may 2024-cü il saat 11:00-da satışa
çıxarılacaq.
Bu barədə Trend-ə AYNA-dan məlumat verilib.
Məlumata görə, sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə
biletləri
www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada ala
bilərlər. Vətəndaşlar bilet almaq üçün şəxsiyyəti təsdiq edən
sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet
yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən
istifadə oluna bilər. Onun başqa şəxsə ötürülməsi mümkün deyil.
Qeyd edək ki, Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus
marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. Bu
günədək ümumilikdə 729 reys həyata keçirilib, 29718 sərnişin
işğaldan azad olunmuş əraziləri ziyarət edib.





























