Advertisement

Dövlət qurumları arasında avarçəkmə yarışı keçiriləcək

Bakı. Trend:

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə
Federasiyasının (AKAF) birgə təşkilatçılığı ilə dövlət qurumlarının
əməkdaşları arasında avarçəkmə yarışı keçiriləcək.

Trend AKAF-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun
1-dən 2-dək təşkil olunacaq turnirin reqlamentə əsasən,
iştirakçılar fərdi və komanda şəklində olmaqla 1 və 2 nəfərlik
kayak qayıqlarında 200 metr məsafəyə mübarizə aparacaqlar.

İyunun 1-i saat 10:00-dan 15:00-dək komandaların ümumi məşqi
keçiriləcək. İyunun 2-si saat 11:00-da yarışın rəsmi açılış
mərasimi başlayacaq. 11:30-dan etibarən isə yarış start
götürəcək.

Qaliblər medal, diplom və hədiyyələrlə təltif ediləcəklər.