
Bakı. Trend:
İdman gimnastikası üzrə Azərbaycan millisinin üzvü Nazənin
Teymurova Bolqarıstanın Varna şəhərində keçirilən “Challenge”
seriyasına aid Dünya Kubokunda finala yüksəlib.
Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata
görə, o, sərbəst hərəkətlər proqramında həlledici mərhələdə iştirak
hüququ qazanıb.
Ötən gün start götürən Dünya Kubokuna mayın 26-da yekun
vurulacaq.





























