
Bakı. Trend:
Bizə bu günləri yaşadan şəhidlərimizin ruhu qarşısında baş
əyirik.
Bunu Trend-ə açıqlamasında Gülnarə Yusifqızı deyib.
Onun sözlərinə görə, uşaq yaşlarında Şuşanı tərk etmək
məcburiyyətində qalıb. Bakıda isə Biləcəri yataqxanasında
qalıb.
“İndi isə sevincimizin həddi-hüdudu yoxdur. Allah şəhidlərimizə
rəhmət eləsin, qazilərimizə cansağlığı versin.
Allah Prezidentimizi, ordumuzu qorusun”, – deyə o qeyd edib.
Qeyd edək ki, bu gün Şuşa şəhərinə 32 ailə – 125 nəfər
köçürülüb. Beləliklə indiyədək Şuşa şəhərinə 90 ailənin, yəni 349
nəfərin daimi məskunlaşması təmin edilib.





























