
Bakı. Trend:
Hər zaman bir günün gələcəyinə və Şuşaya qayıdacağımıza
inanırdım.
Bunu Trend-ə açıqlamasında Şuşa sakini Hacıyeva İpək deyib.
Onun sözlərinə görə, həmişə dövlətimizə, Ali Baş komandanımıza
inanmışıq. Ali Baş Komandanımız öz yurdumuza geri qayıdacağımız
üçün bizə ümid verirdi.
“Şükürlər olsun, mən bu gün doğma Qarabağımıza gedirəm.
Sevincimin həddi-hüdudu yoxdur. Allah Prezidentimizə cansağlığı
versin, dövlətimizi, ordumuzu, qazilərimizi qorusun, şəhidlərimizə
rəhmət eləsin. Hamı bizim kimi öz elinə-obasına qayıtsın.
17 yaşında Şuşadan məcburi şəkildə çıxdığım günləri
ağrı-acılarla xatırlayırdım. İndi isə gülə-gülə gedirəm”, – deyə o
bildirib.
Qeyd edək ki, bu gün Şuşa şəhərinə 32 ailə – 125 nəfər
köçürülüb. Beləliklə indiyədək Şuşa şəhərinə 90 ailənin, yəni 349
nəfərin daimi məskunlaşması təmin edilib.





























