Bakı. Trend:
NATO Rusiya sərhədlərinin perimetri boyunca kiber
laboratoriyalar şəbəkəsi yaradır.
Trend xəbər
verir ki, bu barədə Rusiya prezidentinin xüsusi nümayəndəsi, Xarici
İşlər Nazirliyinin beynəlxalq informasiya təhlükəsizliyi şöbəsinin
direktoru Artur Lyukmanov yerli KİV-ə müsahibəsində deyib.
Onun sözlərinə görə, NATO Rusiya sərhədlərinin perimetri boyunca
– Estoniya, Latviya, Finlandiya və Rumıniyada kiber laboratoriyalar
şəbəkəsi yaradır, perspektivdə isə Gürcüstan və Moldovada kiber
laboratoriyalar yaratmağı planlaşdırır.
“Vaşinqton artıq çoxdandır ki, informasiya sahəsində Rusiyaya
qarşı hibrid müharibə metodları işləyib hazırlayır. Əsas poliqon
olaraq Ukraynadan istifadə olunur, ölkənin hakerləri, NATO
kuratorlarının güclü nəzarəti altında elektron diversiya həyata
keçirir”, – deyə Rusiya XİN nümayəndəsi əlavə edib.





























