Bakı. Trend:
ABŞ Müdafiə Nazirliyi “Boeing” şirkəti ilə 7,5 milyard dollarlıq
müqavilə imzalayıb.
Trend xəbər
verir ki, bu barədə məlumat nazirliyin saytında dərc olunub.
Məlumata görə, Pentaqon aviabombalar üçün “JDAM” komplektləri
sifariş edib
Qeyd olunub ki, “JDAM” dəstləri sərbəst düşən bombaları onlarla
kilometr məsafədən hədəfləri planlaşdıra bilən, yüksək dəqiqliyə
malik sursatlara çevirir.
Dəstlərin lazer idarəetmə sistemi ilə təchiz olunacağı
bildirilir.





























