Advertisement

Kral III Çarlz Prezident İlham Əliyevi təbrik edib

Bakı. Trend:

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III
Çarlzdan Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Trend xəbər verir ki,
məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Siz və Azərbaycan xalqı Müstəqillik Gününüzü qeyd edərkən mən və
həyat yoldaşım Zati-alinizə və xalqınıza səmimi təbriklərimizi
çatdırmaqdan böyük məmnunluq duyuruq.

Mən xalqlarımız arasındakı əlaqələri yüksək qiymətləndirirəm və
ümid edirəm ki, ölkələrimiz gələcək nəsillərimizə fayda verəcək
mühüm qlobal məsələlərdə, istər sülh və rifah, istərsə də ətraf
mühit və iqlim dəyişikliyi məsələlərində sıx əməkdaşlığı davam
etdirəcəklər.

Mən və həyat yoldaşım fürsətdən istifadə edərək milli bayramınız
münasibətilə Sizə və bütün azərbaycanlılara ən xoş arzularımızı
çatdırırıq”.