Advertisement

Azərbaycanın həm regionda, həm də yaxın coğrafiyada nail olduğu irəliləyişlərlə daim fəxr edirik – Ərdoğan

Bakı. Trend:

Azərbaycanın həm regionda, həm də yaxın coğrafiyada nail olduğu
irəliləyişlərlə daim fəxr edirik

Trend xəbər verir ki, bunu Türkiyə Respublikasının Prezidenti
Rəcəb Tayyib Ərdoğan Müstəqillik Günü münasibətilə Prezident İlham
Əliyevə ünvanladığı təbrik məktubunda deyib.

“Türkiyə olaraq kədərdə də, sevincdə də bir olduğumuz qardaş
Azərbaycanın 2023-cü ilin sentyabr ayında ərazi bütövlüyünü uğurla
bərpa etməsindən sonrakı ilk Müstəqillik Günündə duyduğu haqlı
qürur və sevincini ürəkdən bölüşürük. Azərbaycanın həm regionda,
həm də yaxın coğrafiyada nail olduğu irəliləyişlərlə daim fəxr edir
və yüksək səviyyəli strateji əlaqələrimizi “Bir millət, iki dövlət”
ruhu ilə daha da gücləndirmək istiqamətindəki birgə iradədən böyük
məmnunluq hissi keçiririk”-, deyə məktubda qeyd olunub.