Bakı. Trend:
Ermənistanın Baş naziri Nikol Paşinyanın helikopteri məcburi
eniş edib.
Trend xəbər verir ki, bu barədə Ermənistan mətbuatında məlumat
yayılıb.
Bildirilib ki, Paşinyan bu gün səhər saatlarında Tavuşa
gedirmiş, lakin Vanadzor stadionuna məcburi eniş etməli olub.
Qeyd edək ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici
işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz
üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan
vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan
helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb. Qəza
nəticəsində İran Prezidenti də daxil olmaqla 9 nəfər həlak
olub.





























